ABŞ Prezidenti Donald Trampdan dörd gün sonra Rusiya Prezidenti Vladimir Putinin Çinə rəsmi səfər etməsi Moskva ilə Pekin arasındakı güclü əlaqələri vurğulayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Rusiya və Çin liderləri 40 dəfədən çox görüş keçiriblər ki, bu da Si Cinpinin digər Qərb liderləri ilə keçirdiyi görüşlərin sayından xeyli çoxdur”, – deyə məqalədə bildirilib.

Beynəlxalq Böhran Qrupunun Şimal-Şərqi Asiya üzrə baş analitiki Uilyam Yanqın sözlərinə görə, Çin Trampa Pekinin güvənə biləcəyi digər güclü və etibarlı əlaqələrə malik olduğunu xatırladır.

Xatırladaq ki, daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Çinin Rusiya prezidentinin Pekinə səfərini alqışladığını qeyd edib. O, qarşıdan gələn danışıqlar zamanı tərəflərin müxtəlif sahələrdə əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edəcəyini bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: