İrəvandan gözlənilməz Qarabağ qərarı – “Putinə görə…”

Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair təklif edilən “HayaVote” layihəsinin qəbul edilməməsi Ermənistan parlamentində gərginliyə səbəb olub.

Globalinfo.az xəbər verir ki, parlamentin spikeri Alen Simonyan bu qərarla müxalifəti xilas etdiklərini bildirib.

Simonyan bəzi müxalif deputatların Qarabağ haqda iddialarına sərt cavab verib:

“Biz sizə kömək edirik, lakin öz təşəbbüsünüzün girovusunuz. Bir sual verim: əgər həmin layihə qəbul edilsəydi, siz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan Rusiya prezidentini məsuliyyətə cəlb edəcəkdiniz?! Əgər bu qəbul edilsəydi, Vladimir Putinə cinayət işi açılmalı olacaqdı”.

Ayşən Mustafa
Globalinfo.az