putin 66

“Rusiya Silahlı Qüvvələri cəbhədəki vəziyyəti sabitləşdirib, düşmənin sərhəd ərazilərindən sıxışdırılmasına başlanılıb”.

Globalinfo.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

V.Putin Donbasa nəzarətin ələ keçirilməsinin Rusiya üçün prioritet olduğunu bildirib.

Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin Kursk AES-ə endirdiyi zərbələri çox təhlükəli terror hücumları adlandırıb.

“Moskva Kiyevlə danışıqlardan heç vaxt imtina etməyib. Bu danışıqlar ancaq İstanbulda hazırlanan sənədlər əsasında aparıla bilər”.

Rusiya lideri Kiyevlə danışıqlarda mümkün vasitəçilər barədə suala cavab olaraq Çin, Braziliya və Hindistanın adını çəkib.

Paylaş: