Paşinyanın reytinqi tarixi minimuma endi – İnanılmaz rəqəm

“Ermənistanın Baş naziri Nikol Paşinyanın reytinqinin tarixi minimuma enməsi iqtidaryönlü elektoratın böyük məyusluğuna səbəb olub”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi strateq Vigen Akopyan deyib.

O bildirib ki, insanlar Paşinyanın vəd etdiyi sülh konsepsiyasının yalan olduğunu başa düşürlər. Əgər bu gün real alternativ formalaşarsa, cəmiyyət onun arxasınca getməyə hazırdır.

“Paşinyanın reytinqinin aşağı düşməsi ötən ildən müşahidə olunur. Ümumiyyətlə, müxtəlif dövrlərdə aparılan sorğular baş nazirin reytinqinin sürətlə aşağı düşdüyünü göstərib. Bu tendensiya uzun müddətdir davam edib və indi onun reytinqi tarixi minimuma enib. Bu ona görədir ki, cəmiyyətin Paşinyana inanmır və onu seçməklə səhv etdiyini başa düşür”, – Akopyan deyib.

“Bununla belə, Paşinyanın siyasi rəqibləri ictimai əhvali-ruhiyyədə nəzərəçarpacaq transformasiyadan istifadə etmədikcə, onun reytinqinin aşağı düşməsi dəyişikliyə səbəb olmayacaq. Əgər indi real alternativ lider meydana çıxsa, cəmiyyət onun ardınca gedə bilər”, – Akopyan vurğulayıb.

Qeyd edək ki, “Gallup”un son sorğularına əsasən, respondentlərin yalnız 8%-i Baş nazir Paşinyanın fəaliyyətini müsbət qiymətləndirib.

Əliyar Xəlil
Globalinfo.az