Prokurorluq məktəblinin xəsarət alması faktını araşdırır

Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbi və baş vermə şəraiti ətraflı araşdırılmaqla, nəticədən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.