Prezidentin mükafatlandırdığı gənclər – VİDEO

Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Globalinfo.az xəbər verir ki, mükafata layiq görülən gənclər haqqında “Azərbaycan Universitetləri” səhifəsində məlumat paylaşılıb.

Belə ki, bu gənclərdən biri Rəvanə Ağamirovadır. Anadangəlmə görmə məhdudiyyəti ilə I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova musiqi istiqaməti üzrə qabiliyyətini daim təkmilləşdirir. Onun “Ay Laçın” ifası təqdirəlayiqdir.

Bakı Dövlət Universitetinin məzunu olan Ulucay Akif isə hazırda Kulis.az saytının baş redaktoru və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Prezident mükafatçılarından olan Ayxan Allahverdiyev Azərbaycan Texniki Universitetinin məzunudur və  hazırda “Gənc Könüllülər” İctimai Birliyinin sədridir. Vətən müharibəsində iştirak edən A. Allahverdiyev Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Daha bir mükafatçı isə Pərviz Mirələmlidir. O, ADA Universitetinin bakalavr məzunu, BDU-nun magistr tələbəsidir. Hazırda Azərbaycan Tələbə Gənclər Təşkiltları İttifaqının sədri kimi fəaliyyət göstərir.

Qafqaz Universitetinin (hazırkı Bakı Mühəndislik Universiteti – red.) məzunu olan Tarıyel Ağazadə isə “Kapital Bank”ın innovasiya proqramının əməkdaşı, həmçinin “Tedroid” texnoloji mediasının təsisçisidir.