Prezidentə təbriklər davam edir

Eliyev ilham 12 900x506 1

Belçika Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevi milli bayram münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi, rifah və firavanlıq arzularımı çatdırıram”.

***16:38

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizə öz ehtiramımı ifadə edim və 28 May – Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.

Bu bayram Azərbaycan Respublikasının öz ölkəsini sevən, onun tarixini və ənənələrini əziz tutan, daha gözəl gələcək naminə çalışan bütün sakinlərini birləşdirir.

Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və doğma ölkənin rifahı naminə quruculuq fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə həmişə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və belə olaraq qalır.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq əlaqələrini yüksək qiymətləndirirəm və regionumuzla çoxplanlı qarşılıqlı faydalı təmasların möhkəmləndirilməsinə verdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm”.

X X X

Həmçinin oxuyun:

Prezident İlham Əliyev Britaniya Kralını təbrik edib

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“28 May – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi günü münasibətilə Tatarıstan xalqının və şəxsən mənim səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bir əsr əvvəl Azərbaycan xalqı öz müqəddəratını müstəqil həll etmək, doğma torpağının bu gününü və gələcəyini müəyyənləşdirmək kimi müstəsna hüququnu müdafiə etdi. Bu cəsarətli seçim, nəsillərin qırılmaz əlaqəsi və ideya mirası Azərbaycan dövlətinin gələcək tarixini, ən əsası isə müasir uğur və nailiyyətlərini böyük dərəcədə qabaqcadan müəyyən etdi. Qoy, bu möhtəşəm günün sevinci, ümumi yüksək məqsədlər ətrafında birliyin xüsusi ruhu Sizin və gözəl ölkənizin bütün vətəndaşları üçün Azərbaycanın firavanlığı naminə bundan sonra da yorulmaz quruculuq işlərində ilham mənbəyinə və yeni gücə çevrilsin!

Bu fürsətdən istifadə edərək, Tatarıstan Respublikasına göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Ümidvaram ki, biz gələcəkdə də Rusiya-Azərbaycan münasibətləri çərçivəsində qarşılıqlı anlaşma və etimada əsaslanan əməkdaşlıq ənənələrini artırmaq üçün birgə səylərimizi davam etdirəcəyik.

Sizə, yaxınlarınıza və respublikanın sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik və gözəl bayram əhvali-ruhiyyəsi arzulayıram”.

X X X

Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident.

Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.

Bu bayram münasibətilə Azərbaycan xalqına daha firavan gələcək diləyir və ən xoş arzularımı çatdırıram”.