Pənah Hüseyn: “Bu hadisə Qarabağın bizdə qalmasında mühüm rol oynadı”

17 noyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu günün Azərbaycanın erməni təcavüzünə, separatizminə, torpaqlarımızın ələ keçirilməsinə qarşı ümummilli müqavimət günü kimi çox böyük əhəmiyyətli rolu oldu.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Milli Dirçəliş Günü ilə bağlı danışarkən deyib.

O bildirib ki, Azərbaycan xalqı Sovet hakimiyyəti dövründə Qarabağın ermənilərə verilməsinin qarşısını almağa nail oldu:

“Bu dirçəliş Qarabağın qorunub saxlanmasında, erməni separatizminin qarşısının alınmasında, milli və dövlət müstəqilliyi şüurunun yeni mərhələyə daxil olmasında tarixi əhəmiyyətə malik rol oynadı. 1988-ci ilin noyabr-dekabr hadisələri Azərbaycan xalqının nəyə qadir olduğunu və potensialını aşkara çıxardı. 17 noyabr tarixi müstəqilliyimizin və bütöv Azərbaycan uğrunda mübarizəmizin əsasında dayanır”.

Zaira Akifqızı
Globalinfo.az