Patruşevin Tehran səfərinin gizlinləri: Rusiya ilə İran məxfi razılaşma imzaladı

Moskva və Tehran Rusiya ərazisində dronların istehsalı barədə razılaşıblar.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, tərəflər arasında razılaşma noyabrın əvvəlində İranda imzalanıb. Qəzet xüsusilə diqqəti Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin noyabrın 9-da Tehrana səfərinə yönəldib.

Bununla belə “Vaşinqton Post”un mənbələri dron istehsalının bir neçə ay əzində başlaya biləcəyini qeyd ediblər. Artıq Rusiyaya müxtəlif komponentlərin və layihələrin verilməsi üzərində iş gedir ki, İranın da bunun qarşılığında əhəmiyyətli iqtisadi və siyasi dividentlər götürəcəyi vurğulanıb.

Qeyd edək ki, İran bundan öncə dəfələrlə Rusiyaya dron tədarükünü inkar etsə də, sonradan bunu etiraf məcburiyyətində qalmışdı. Tehranı indiki məqamda qorxudan əsas məqam Qərbin ona qarşı kəskin sanksiyalara başalayacağıdır. Bu isə hazırda İranın dünya PUA bazarındakı mövqelərini sarsıda bilər.

İlkin
Globalinfo.az