Stoyanoğlu seçicilərinə çağırış etdi

Moldova prezidentliyinə namizəd Aleksandr Stoyanoğlu həmvətənlərini seçkilərin nəticəsindən asılı olmayaraq, sakit olmağa çağırıb.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

“Seçkilərin ilk nəticələri artıq gəlir və mən rəqəmlərdən asılı olmayaraq, hər kəsi sakit olmağa çağırıram. Hər kəsin səsi hörmətə layiqdir və demokratiya, ilk növbədə, nəticə önündə dözüm deməkdir”, – o bildirib.

Qeyd edək ki, Aleksandr Stoyanoğlu Moldova ərazisində keçirilən seçkinin nəticəsində öndədir. Hazırda xaricdən gələn səslər hesablanır və Maya Sandu bu səslər hesabına önə keçib. Bu isə bir çox ictimai fəalı narazı salıb.

İndiyə qədər bülletenlərin 92,38%-i sayılıb: Sandu 50,16%, Stoyanoğlu isə 49,84% səs toplayıb.