Paşinyanın “ərazi iddiası” açıqlamasının sirri – Zəngəzur müəmması dərinləşir

Ermənistandan müxtəlif şəxslər, xüsusən Baş naziri Nikol Paşinyan Bakının son bəyanatlarını sülh prosesinə ciddi zərbə hesab etdiyini bildirib. Həmçinin qeyd edib ki, guya 10 Noyabr bəyanatında Zəngəzur dəhlizi məsələsi yer almayıb.

Bununla yanaşı, bəzi ekspertlər regionda yeni hərbi toqquşmanın mümkünlüyündən bəhs edirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Paşinyanın irəli sürdüyü fikirlər qəbuledilməzdir:

“Azərbaycanın qərb rayonlarının Naxçıvana birləşdirilməsi 10 noyabr bəyanatının 9-cu bəndində əks olunub. Ermənistan heç həmin bəyanatın 4-cü bəndini də icra etməmişdi. Azərbaycan antiterror əməliyyatı ilə prosesi başa çatdırdı. Qeyri-qanuni erməni silahlıları ərazilərimizdən çıxarıldı. Bakı Zəngəzur dəhlizinə alternativ yolun İran ərazisindən keçməsi fikrini irəli sürdükdən sonra Ermənistan bu istiqamətdə müsbət fikirlər səsləndirməyə başladı ki, yol həm də Ermənistan ərazisindən keçsin. Biz paralel yolun açılmasına da razıyıq, lakin şərt belədir ki, Azərbaycandan Azərbaycana gedən maşınlara gömrük nəzarəti olmasın”.

Elşad Həsənov: “Ermənistan bu səbəbdən sülh istəmir” – ŞƏRH | BuGün TV

Elşad Həsənov

Politoloq qeyd edib ki, İrəvan 10 Noyabr bəyanatından çoxdan imtina edib:

“Paşinyanın 10 Noyabr bəyanatının mövcudluğunu itirməsi ilə bağlı fikirləri onun Rusiya və Azərbaycanla bağladığı sənəddən imtina etdiyini göstərir.

Nikol cəmiyyətə Azərbaycanın Ermənistana qarşı guya ərazi iddiası irəli sürdüyünü bildirir. Lakin rəsmi Bakı öz torpaqlarını işğaldan azad etdi və quruculuq işləri ilə məşğuldur. Azərbaycan dəfələrlə bəyan edib ki, Zəngəzurda və ya digər istiqamətlərdə hərbi hədəfi yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az