Paşinyanın 2,6 milyardlıq tələbi – Erməni baş nazir tələsir

 

Avropa Birliyinin imici müşahidə missiyasını Ermənistana göndərməsindən sonra yaxşılaşıb.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Münasibətlər yaxşılaşıb, amma bu, Ukraynadakı hadisələrlə bağlı deyil. AB-nin imici onun Ermənistana müşahidə missiyası göndərməsindən sonra yaxşılaşıb. Bu, insanlara AB-nin Ermənistanın təhlükəsizliyinə önəm verdiyini anlamağa zəmin yaradıb”, – o bildirib.

Bununla belə, Paşinyan Avropa Birliyinin 2021-ci il üçün vəd verdiyi 2,6 milyard avroluq yardımın Ermənistana verilməsi prosesinin sürətləndirilməsini istəyib.

İlkin Həsənov
Globalinfo.az