“Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin keçmiş sədri Alen Simonyana daha yüksək vəzifə, cangüdən, xidməti avtomobil verməyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Markaryan News” məlumat yayıb.
İddia olunur ki, Paşinyan Simonyanı Ermənistanın Təhlükəsizlik Şurasının katibi təyin edəcək. Onun Armen Qiroqoryanı sözügedən vəzifədən uzaqlaşdıracağı gözlənilir.
Qeyd edək ki, “Joxovurd” qəzeti də Paşinyanı Qriqoryanı vəzifəsindən göndərməyə hazırlaşdığını yazıb.
Əliyar Xəlil
Globalinfo.az