SSRİ-nin dağılacağını bilən şəxsdən SENSASİYA: “Qərb çökəcək, Rusiya isə…”


Qərb dağılacaq, Rusiya isə yüksələcək”.

Globalinfo.az xəbər verir ki, bunu 1970-ci illərdə SSRİ-nin dağılacağını proqnozlaşdıran məşhur fransız sosioloqu Emmanuel Tod Le “Figaro”ya müsahibəsində bildirib.

E.Todd Qərbin qaçılmaz süqutla üz-üzə olduğunu deyib:

“ABŞ-da sənaye və təhsil tənəzzül edir, Qərb cəmiyyətində bir dəyər kimi protestantlıq yoxa çıxır, Rusiyanın isə dünyada cəlbediciliyi artır. Moskvanın mühafizəkar görünən üzü digər ölkələrə “dəli” kimi görünən Qərb əxlaqından fərqli olaraq getdikcə populyarlaşır. Rusiya iqtisadiyyatının sanksiyalara tab gətirməsi isə onu daha da cəbedici edir. Qərb Rusiyanı tənəzzülə uğrayan ölkə kimi təqdim edir, lakin belə deyil. Əksinə o sürətlə gücünü bərpa edir.

Həmçinin Rusiyada vətənpərvərlik və ruhu qidalandıran məhz Qərbin düşmənçiliyidir. Sanksiyalar bu ölkəyə digər dövlətlərdən genişmiqyaslı idxalı fərqli mənbə ilə əvəzləməyə imkan yaratdı. Nəticədə Aİ üzərindən bu ölkənin iqtisadiyyatı üstünlük qazanacaq”.

Ayşən Mustafa
Globalinfo.az