Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada yaşayan və ya oradan ölkəyə gələn ermənilərə müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Paşinyan bildirib ki, son günlər Ermənistana gələn çoxsaylı həmvətənləri ölkədə mövcud olan azad mühiti yaxından hiss etmək imkanı qazanıblar.
Baş nazirin sözlərinə görə, azadlıq yalnız hüquq deyil, eyni zamanda vətəndaşın öz dövlətinə və cəmiyyətinə qarşı məsuliyyətini də artırır.
O, xaricdə yaşayan erməniləri ölkənin gələcəyinin qurulmasında daha fəal iştirak etməyə çağırıb və Ermənistanın inkişafında hər kəsin rolunun vacib olduğunu vurğulayıb.
Paşinyan müraciətində vətənə qayıdış mövzusuna da toxunaraq bildirib:
“Geri qayıdın, vətəniniz sizi sevir və sizi gözləyir”.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, ölkənin gələcəyi yalnız dövlət qurumlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin də fəal iştirakı ilə formalaşacaq.
Tahir Turan
Globalinfo.az