Paşinyan Qarabağda müharibəni uduzdu, sonra isə… – Zatulin

“Ermənistanın KTMT-dən çıxmaq haqqında qərarı onun Qərbə kurs götürməsi deməkdir. Nikol Paşinyan bu yolu hakimiyyətə gələndən gedirdi”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı erməniyönlü deputat Konstantin Zatulin deyib.

“Əslində bunun üçün ictimai işartılar 2022-ci ildən ortaya çıxıb, amma məncə Paşinyanın hakimiyyətə gəldiyi gündən onun Qərbə meyillənməsi var idi. Həmçinin Qarabağdakı müharibəni Paşinyan nümayişkaranə şəkildə uduzdu və Qarabağın gələcəyi ilə bağlı bütün məsuliyyəti Rusiyanın üzərinə qoydu”, – o bildirib.

Deputat deyib ki, Rusiya Paşinyanın siyasətinə diqqət etməyə çalışmamaqla çox şey itirdi:

“Dəfələrlə xəbərdar edirdim ki, bizim Paşinyanın könlünü almaq üçün addımlarımız, eləcə də onun hökuməti ilə əməkdaşlıq imkanları barədə fikirlərimiz İrəvanın zəifliyi kimi qəbul olunurdu. Mənim üçün bu, Paşinyanın hakimiyyətə gəlişinin ilk günündən aydın idi”.

Əliyar Xəlil
Globalinfo.az