Paşinyan NATO ilə məxfi təmaslara başladı: əsas adamlarını təcili Avropaya göndərir

Ermənistan parlamentinin deputatları NATO Parlament Assambleyasında iştirak üçün Madridə səfər edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

Qəzet Madridə gedəcək heyətin içində həm iqtidar, həm də müxalifət nümayəndələrinin olduğunu açıqlayıb. Maraqlı məqam isə hakim Mülki Müqavilə Partiyasından olan Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan və deputat Vaaqn Aleksanyanın vaxtından əvvəl Madridə yollanmasıdır. İclasda iştirak etməli olan digər deputat Anna Qriqoryanın İspaniyaya bu gün təkbaşına yollanacağı bildirilib.

Deputatların fərqli zamanlarda NATO Parlament Assambleyasına yollanması ortaya bir sıra maraqlı məqamları çıxarıb.

Qeyd edək ki, həm Andranik Köçəryan, həm Vaaqn Aleksanyan Paşinyanın ən etibarlı kadrlarından sayılırlar. Köçəryan həmçinin hakim partiyanın parlament fraksiyasından boz kardinal sayılır və deputatların yönləndirilməsində mühüm rol oynayır. Aleksanyan isə Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasını təbliğ edən əsas şəxslərdən biri hesab edilir. Bununla yanaşı, hər iki deputat qərbyönlü mövqeyi ilə tanınır. Məhz bu məqamlar Paşinyanın deputatları NATO-ya vaxtından əvvəl göndərərək burada gizli görüşlər təşkil etməsi ilə bağlı şübhələri gücləndirir.

İlkin
Globalinfo.az