“Paşinyan erməni ordusunun məhvini başladır” – Ekspert detalları açdı

“General Qriqor Xaçaturovu həbs etdirməklə hökumətin bir neçə hədəfi var. Onlardan birincisi general Xaçaturovların ailə reputasiyasını zədələməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Tiqran Abramyan deyib.

“Əgər Xaçaturovlara vurulan zərbənin birbaşa ordunu, xidmət edən zabitləri hədəf aldığını söyləsəm, şişirtmiş olmaram. İkincisi isə ordu və ya ondan kənardakı istənilən hərbçi bilir ki, Qriqori ilə bağlı baş verənlər onların da başına gələ bilər. Ölkənin qabiliyyətli insanlarını təcrid edərək, hökumət sərhəddə elan etdiyi yeni gərginliyə hazırlaşır” – deyə o bildirib.

Qeyd edək ki, Qriqori Xaçaturov keçmiş baş qərargah rəisi və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğludur. O bir neçə gün öncə həbs edilib.

İlkin Həsənov
Globalinfo.az