Paşinyan bu gün çox açıq şəkildə dedi ki, onun üçün nə qanun, nə də haqq-ədalət mövcuddur”.

Globalinfo.az xəbər verir ki, bunu erməni vəkil Raffi Aslanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.

“Mən təəccüblənmirəm. Nikol Paşinyan üçün heç bir qanun və ya hüquq yoxdur. Tabeliyində olanlardan heç biri onun fikrinə etiraz edə bilməz. Çünki o, özü hökumətdir. Bir sözlə, Paşinyan çoxdan sübut edib ki, o, “Qanun mənəm” prinsipi ilə addım atıb.  Heç kim ona müxalif fikir bildirə bilməz. Hazırda onun davranışına ancaq cəmiyyət cavab vermək iqtidarındadır”, – vəkil vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az 

Paylaş: