Orxanın şəhidliyindən 1 il ötür… – FOTOLAR

Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücum zamanı həlak olan baş leytenant Orxan Əsgərovun il mərasimi keçirilir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yas mərasimi onun doğulub boya-başa çatdığı ata yurdu Gəncədə keçirilir.

Xatırladaq ki, ötən il yanvarın 27-də İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycanın Tehrandakı Səfirliyində terror aktı törədib. Hadisə nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər isə yaralanıb.