Sülhməramlıların yerləşdiyi ərazidən Xocavənddəki mövqelərimiz atəşə tutuldu

Avqustun 12-si saat 15:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat veriblər.

Bildirilir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətrdə adekvat cavab tədbirləri görülüb.