2023 10 05T105347Z 225175571 RC2AJ0ARTRAU RTRMADP 3 NOBEL PRIZE PEACE MOHAMMADI pic4 zoom 1500x1500 87083

İranda 30 ildən çox həbs cəzasına məhkum edilmiş tanınmış insan haqları fəalı və 2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi aclıq aksiyası elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

“Məhəmmədi qanunsuz həbsinə və hazırda İranda saxlanılan çoxsaylı siyasi məhbusların üzləşdiyi dəhşətli şəraitə etiraz olaraq bazar ertəsi günü etiraza başlayıb”, – deyə bildirilib.

Məhəmmədinin oğlu Əli Rəhmani anasının və İran rejimi tərəfindən saxlanılan bütün digər şəxslərin taleyindən narahat olduğunu deyib:

“Ölkəmizdə baş verənlər insanlığa qarşı cinayətdir”.

Qeyd olunub ki, Məhəmmədinin ürək tutmaları, sinə ağrısı, yüksək təzyiq, disk problemləri və digər xəstəliklər də daxil olmaqla tibbi tarixçəsi onun həbsdə qalmasını son dərəcə təhlükəli hala gətirib.

Nobel Sülh Mükafatı laureatının ailəsi ilə görüşməsinə də məhdudiyyət qoyulub və qardaşı ilə yalnız bir dəfə, 14 dekabrda telefonla danışıb, bundan sonra qohumları ilə əlaqə saxlamasına qadağa qoyulub.

Qeyd edək ki, Nərgiz Məhəmmədi milli təhlükəsizliyə qarşı hərəkətlər və təbliğat yaymaq da daxil olmaqla, ümumilikdə 36 il həbs cəzasına məhkum edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: