235592 8w09a9enoa

Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulub.

Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.

Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

67752fe8a09e667752fe8a09e7173573322467752fe8a09e467752fe8a09e5

Paylaş: