Namizədlər üçün ödənişsiz efir vaxtının CƏDVƏLİ

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəli dərc edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası qərar verib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış efir vaxtı püşkatma ilə müəyyən edilmiş qaydada və müddətdə (2024-cü il yanvarın 15-dən fevralın 6-dək) “dəyirmi masa” formatında istifadəçilərin sərəncamına veriləcək.

Həftədə 3 dəfə saat 21.00-da başlamaqla televiziyada, 3 dəfə isə saat 21.00-da başlamaqla radioda hər dəfə 1 saat davam edən “dəyirmi masa”da hər bir namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı ayrılacaq.

İstifadəçi ona ayrılmış efir vaxtından qanunvericiliklə müəyyən edilmış qaydada seçkiqabağı təşviqat məqsədləri üçün və “dəyirmi masa” formatında öz mülahizəsinə uyğun istifadə edə bilər.

Cədvəllə BURADAN tanış ola bilərsiniz.