Namiq Məna: “Kandoliza Rays bizi ABŞ-yə dəvət etmişdi”

Tanınmış meyxana ustadı Namiq Məna illər öncə ABŞ-nin eks-dövlət katibi Kandoliza Rays tərəfindən ölkəyə dəvət olunduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Səhər mərkəzi” verilişində danışıb.

Sənətçi bildirib ki, bu səbəbdən 1 ay ABŞ-də yaşayıb: “Amerikaya dəvət etmişdi. Bizim səfirimiz məlumat verdi. Orada 1 ay qaldıq. Bu janrı (meyxananı-red.) təmsil etdik. Bunların hamısı bizə göstərilən etimad idi. İstəyirik ki, bu janrı cəmiyyətə olduğu kimi təqdim edək. Dövlətin bu janra diqqəti böyükdür. Özüm Novruz bayramlarında Prezident qarşısında çıxış etmişəm, “Tərəqqi” medalı almışam”.

Məna bildirib ki, meyxanaya sevgi böyükdür: “Ona görə də qüsurları çox gözə görünür. Bəzi sənətçi, bəstəkar, aparıcılar var ki, meyxanaçıları qısqanırlar. İstəyirlər ki, bu sahə üzərinə neqativ toplasınlar”.