Rusiyanın İrkutsk vilayətində tayqada ayının insanlara hücumu iki nəfərin ölümü ilə nəticələnib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, hadisə Kirensk rayonunda, Krasnoyarovo kəndindən 80 kilometrdən artıq məsafədə baş verib.
Ayı giləmeyvə toplamaq üçün əraziyə gedən üç yerli sakinə hücum edib.
Hücum nəticəsində 65 və 55 yaşlı iki kişi həyatını itirib. Hadisə zamanı qrupun digər üzvü isə qaçaraq xilas ola bilib.
Əraziyə polis əməkdaşları və ovçular cəlb olunub. Ayını zərərsizləşdirmək üçün atəş açılsa da, heyvan ərazidən uzaqlaşaraq meşəyə girib.
Məlumata görə, son günlər Rusiyanın müxtəlif bölgələrində ayıların insanlara hücum etməsi ilə bağlı bir neçə hadisə qeydə alınıb.
Safura Bənnayeva
Globalinfo.az