AZAL-ın keçmiş rəhbəri Cahangir Əsgərovun və ailə üzvlərinin adları tez-tez bahalı əmlaklarla, milyonluq bank əməliyyatları ilə hallanır. Bu dəfə isə onun qızı Məlahət (Mila) Əsgərova gündəmə gəlib. Bildirilir ki, Mila xaricdə 7,5 milyon dollarlıq əmlak alıb.
Bu haqda jurnalist Cavanşir Həsənli bildirib.
Jurnalistin sözlərinə görə, Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu ili iyunun 30-da Çelsidə Duqlas Kent Uolladan 7,5 milyon dollara əmlak alıb:
“Söhbət Manhettenin Çelsi rayonunda, 543 West 25th Street ünvanında yerləşən iki kommersiya tipli obyektdən gedir. Cahangir Əsgərovun qızı əmlakı sahibi olduğu “MRCRI Prop LLC” adlı şirkəti vasitəsilə alıb. Satıcı isə Duqlas Uollanın sahibi olduğu “Marlborough Gallery” ilə əlaqəli “Marlborough Real Estate LLC” olub.
Ümumi sahə 434,6 kvadrat metrdir.
Əmlak biznes istifadəsi, böyük ehtimalla, “Gazelli Art House” üçün alınıb.
Duqlas Uolla Nyu-York incəsənət bazarında uzun tarixçəsi olan qalereya rəhbəri və kuratordur”.