mehemmed rza aref

“İranın əsas problemlərindən biri bahalaşmadır. Mövcud iqtisadi çətinlikləri yalnız iki rəhbərin bir araya gəlməsi ilə həll etmək mümkün deyil”. 

Globalinfo.az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref deyib.

O, əhalinin, xüsusilə muzdla çalışan insanların gəlirləri ilə xərcləri arasında yaranmış uyğunsuzluğa görə vətəndaşlardan üzr istəyib:

“Xalqdan həqiqətən üzr istəyirik, utanırıq. Bu gün əziz vətəndaşlarımızın, xüsusilə maaşla çalışanların gəlir və xərcləri bir-birini qarşılamır. Yüksək inflyasiya şəraitində maaşların artımı əhalinin real ehtiyaclarını qarşılamır. İnflyasiya 40 faiz olduğu halda maaşları 20 faiz artırmaqla əhalinin rifahını təmin etmək mümkün deyil”.

İran rəsmisi ölkənin gələcək nəsillərin sərvətlərindən istifadə etməsinin də düzgün olmadığını vurğulayıb.

O, xam neftin satılaraq əldə olunan vəsaitin tam şəkildə xərclənməsinə qarşı çıxıb və bu resursların gələcək nəsillərə aid olduğunu qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: