mikayil cabbarov 11

“Azərbaycanda gələcəyin əmək bazarında texnologiya və süni intellektin rolunun artacağı gözlənilir. Bu proses yeni bacarıqlara və insan kapitalına olan tələbləri də dəyişəcək”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID” (Baku İnvestment Day) festivalında deyib.

O bildirib ki, Azərbaycanın əsas məqsədlərindən biri iqtisadiyyatın mürəkkəbliyini artırmaq, daha yüksək əlavə dəyər yaradan məhsul və xidmətlərin istehsalını genişləndirməkdir. Bunun üçün istedad, texnologiya və ekosistemin birgə inkişafı mühüm əhəmiyyət daşıyır.

Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanın 2030-cu ilə qədər əsas hədəflərindən biri texnoloji dəyişikliklərin yaratdığı imkanlardan səmərəli istifadə etməkdir.

Nazir “Gələcəyin İşləri və Bacarıqları” hesabatına istinad edərək bildirib ki, qarşıdakı dörd il ərzində yalnız insan müdaxiləsi ilə həyata keçirilən işlərin sayının 50 faiz azalacağı, insan və texnologiyanın birlikdə yerinə yetirdiyi işlərin isə 50 faiz artacağı gözlənilir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: