Tramp hC999dC999 900x506 2

Rusiya və Ukrayna arasında münaqişə çox tezliklə başa çatacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Rusiya və Ukraynanın razılığa gəlməsi üçün çox çalışırıq… Bilirsiniz, mən səkkiz müharibəni başa çatdırmışam. Ən çətini isə Rusiya ilə Ukrayna arasındakı müharibədir. Çünki liderlər bir-birinə nifrət edirlər.

Əslində, məhz bu müharibə dizel yanacağının qiymətlərini artırır. Amma bütün bunlar çox tezliklə başa çatacaq və nəticədə siz ABŞ-ı tarixində heç vaxt görmədiyiniz bir ölkə kimi görəcəksiniz.

Çünki təkrar edirəm, hazırda ölkəmizdə tariximizin istənilən dövründəkindən daha çox iş yeri yaradılır və daha çox fabrik tikilir. Bu, möhtəşəm olacaq. Bütün bunlar çox tezliklə baş verəcək”, – deyə Tramp bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: