ABŞ və İranın dəstəklədiyi husilər arasında diqqətçəkən təmas baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Tərəflərin həftəsonu Oman paytaxtı Maskatda ictimaiyyətə açıqlanmayan görüş keçirdiyi bildirilir.
Məlumata görə, danışıqların əsas mövzularından biri Qırmızı dənizdə artan gərginlik və gəmilərə qarşı həyata keçirilən hücumlar olub.
Görüş zamanı husilərin Amerika və İsrailə məxsus gəmiləri hədəf almayacaqları ilə bağlı mesaj verdikləri qeyd edilir.
Bununla belə, bu yanaşmanın Səudiyyə Ərəbistanına məxsus gəmilərə şamil edilmədiyi bildirilir.
Maskatdakı təmasın Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi və tərəflər arasındakı gərginliyin azaldılması baxımından mümkün nəticələri diqqət mərkəzindədir.
Safura Bənnayeva
Globalinfo.az