Zelenski 1 900x504 1

Almaniyada Ukrayna Prezidenti Volodimir Zelenskinin dostu və keçmiş köməkçisi Sergey Şefirin ailəsinə məxsus olduğu bildirilən, dəyəri 1,5 milyon avrodan çox olan daşınmaz əmlak aşkarlanıb.

Globalinfo.az xəbər verir kii, bu barədə “RT” hüquqi şəxslərin reyestrlərinə və vəkilə istinadən məlumat yayıb.

“Şefirlər daşınmaz əmlakı bir neçə ofşor şirkət vasitəsilə alıblar. Onlardan biri Kiprdə qeydiyyatdan keçmiş “Triapos Ltd” şirkətidir. Şirkət 2018-ci ildən gec olmayaraq daşınmaz əmlak almaq üçün 3,7 milyon dollar kredit götürüb. Həmin kreditdən əldə olunan vəsaitin bir hissəsi elə 2018-ci ildə Şefirlərin nəzarətində olan iki Almaniya şirkətinə köçürülüb. Bu şirkətlərdən biri 2019-cu ildə Drezdendə bir və ya bir neçə daşınmaz əmlak obyektinin alınması üçün 1,5 milyon avro ödəyib”, – deyə bildirilib.

“RT” qeyd edir ki, Almaniyada daşınmaz əmlak reyestri ictimaiyyət üçün qapalıdır.

Buna görə də alqı-satqıların dəqiq məbləği və mülkiyyətçilər barədə məlumatları yalnız yerli vəkillər və notariuslar görə bilir.

Şefirlərin Drezdendə daşınmaz əmlak alması barədə telekanala anonim qalmaq şərtilə bir vəkil məlumat verib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, Qlatsisşt­rasse 1 ünvanında yerləşən klub tipli yaşayış binası alınıb.

Vəkil bildirib ki, Drezdenin bu hissəsində peyk görüntülərində “Google” xəritələri tərəfindən görüntüsü bulanıqlaşdırılan yeganə yaşayış binası məhz həmin obyektdir.

Mütəxəssisin fikrincə, bu, binada “adi olmayan bir ailənin”, məsələn, Ukrayna prezidentinin ailəsinin yaşadığını sübut edə bilər.

Telekanalın həmsöhbəti mənzillərdən Zelenskinin özünün də istifadə etmiş ola biləcəyini istisna etməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: