Erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının (MYK) toplantısında ölkənin gündəmində olan bir sıra mühüm məsələlərə toxunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İclasda əsas diqqət “Terrorsuz Türkiyə” prosesi və oktyabrın 1-də başlayacaq yeni parlament fəaliyyət dövrünə yönəlib.

Ərdoğan qarşıdakı dövrün olduqca həssas mərhələ olduğunu bildirərək komandasını diqqətli olmağa çağırıb. O, prosesi təxribatlarla pozmağa cəhd göstərə biləcək qüvvələrə qarşı ehtiyatlı davranılmasının vacibliyini vurğulayıb.

Görüş zamanı Türkiyənin yeni konstitusiya ilə bağlı hazırlıqları da müzakirə olunub. Bundan əlavə, Ərdoğanın qarşıdakı ABŞ səfəri və səfər çərçivəsində gündəmə gələcək məsələlər barədə fikir mübadiləsi aparılıb.

Safura Bənnayva
Globalinfo.az

Paylaş: