Pasinyan 121xerite

Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda rus dilini öyrəndiyini deyib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə keçirdiyi brifinq zamanı danışıb.

Paşinyan qeyd edib ki, Ermənistanın Dövlət İdarəçilik Akademiyasında təşkil olunan rus dili kursunda iştirak edir.

O, xarici dil öyrənməyin hər kəs üçün mümkün olduğunu vurğulayaraq rus dili ilə yanaşı, yapon, ispan, çin və alman dillərinin də öyrənilə biləcəyini deyib.

Baş nazir dövlət idarəçiliyində çalışan şəxslərin yalnız ingilis dili ilə kifayətlənməməli, digər xarici dilləri də mənimsəməli olduğunu bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: