1722954205 17

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan Livanda Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyata icazə verməsini istəyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb.

Məlumata görə, İsrail Livanın cənubunu bir neçə hissəyə bölməyi planlaşdırır. Bu bölgələrdən birində İsrail ordusunun daimi hərbi mövcudluğunun təmin olunması, eyni zamanda iqtisadi bufer zonasının yaradılması nəzərdə tutulur.

Məqsəd Hizbullahın fəaliyyət imkanlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: