1723312745 belarus ukrayna

“ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası genişmiqyaslı sanksiyalar strategiyası hazırlayır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Yeni strategiyanın Rusiya və Ukrayna arasında yaxın aylarda diplomatik razılığın əldə olunması imkanlarınının yüngülləşdirilməsi məqsədi ilə hazırlandığı bildirilir.

Məlumata görə, Trampın komandası iki əsas yanaşmanı nəzərdən keçirir. Bunlardan birincisi, neft ticarəti ilə bağlı sanksiyaların sərtləşdirilməsidir. İkinci variant kimi isə Türkiyədəki boğazlardan keçən tankerlər üçün də sanksiyaların tətbiqi nəzərdə tutulub. Hələlik Trampın bunlardan hansını dəstəklədiyi açıqlanmayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi vəzifəsinə namizəd Mark Rubio bundan öncə Rusiya-Ukrayna arasında müharibənin bitməsi üçün hər iki tərəfin güzəştə getməli olduğunu qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: