zelenski 111 900x600 2

Moskva və Minsk Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarus Prezidenti Aleksandr Lukaşenkoya ünvanladığı ultimatum və Kiyevin Minskə qarşı əlavə təhdidlərinə cavab verməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin dosenti Artyom Barinkin bildirib.

Politoloqun sözlərinə görə, Kiyevin addımları Belarus daxilində vəziyyəti qeyri-sabitləşdirməyə və ölkənin inkişafına mane olmağa yönəlib. O hesab edir ki, Minsk və Moskva qarşılıqlı təhlükəsizlik öhdəliklərinə uyğun olaraq cavab tədbirlərinin sərhədlərini müəyyənləşdirəcək.

Barinkin vurğulayıb ki, Belarus və Rusiyanın İttifaq Dövləti postsovet məkanında ən uğurlu inteqrasiya layihələrindən biridir. Onun fikrincə, Kiyev Qərbin dəstəyi ilə 2020-ci ildə Belarusda prezident seçkilərindən sonra baş vermiş etirazlara bənzər prosesləri yenidən başlatmağa cəhd göstərə bilər.

Paylaş: