
Əgər Azərbaycanla Ermənistan arasında iqtisadi inteqrasiya olmasa, geosiyasi gərginlik yüksək olaraq qalacaq.
Globalinfo.az xəbər verir ki, bu məlumat “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında yer alıb.
Agentlik bildirib ki, Azərbaycanla Ermənistan arasında geosiyasi münasibətlər sülh danışıqlarına rəğmən gərgin olaraq qalır:
“Hər iki tərəf öz hərbi potensialını artırmağa davam edir, eyni zamanda sərhəddəki müvəqqəti atışmalar da davam edir. Bu o deməkdir ki, iki ölkə arasında hərbi konfliktin yeni eskalasiya imkanı saxlanılır”.
Tahir Turan
Globalinfo.az