“ABŞ kriptovalyuta paytaxtı olmağı bacarmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vyaçeslav Zayçenko deyib.
O bildirib ki, Respublikaçı Donald Trampın ABŞ-ı dünyanın kriptovalyuta paytaxtına çevirmək istəyi ilə bağlı səsləndirdiyi fikirlər sırf populizmdir.
“Birləşmiş Ştatlar hazırda belə bir monumental işin öhdəsindən gələ bilməyəcək. Gələcəkdə isə birinci yerdə kriptovalyutalar olmayacaq. Çox güman ki, fərqli xarakterli rəqəmsal valyutaların bir növ “qızıl ortası” haqqında danışacağıq. Çünki bu gün kriptovalyutalar maliyyə münasibətlərinin ikinci eşelonuna keçib.
Daha öncə Tramp xəbərdarlıq edib ki, Çin kriptovalyutada ABŞ-ı qabaqlayaraq dünya lideri ola bilər. Buna görə də ABŞ diqqətini bu cür maliyyə alətlərinin inkişafına yetirməli və ÇXR-in üstünlüyünə imkan verməməlidir.
Bundan əlavə, Tramp yenidən Ağ Evin rəhbəri olacağı təqdirdə ABŞ-ı “planetin kriptovalyuta paytaxtına”, eləcə də “bitkoin super gücünə” çevirməyə hazır olduğunu açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az