Türkiyənin məşhur müğənnisi Bakıya gəlir – Tarix

Türkiyənin tanınmış ulduzu, mahnıları ilə bir çoxlarının sevimlisi Ferhat Göçer Bakıya gəlir.

Globalinfo.az bildirir ki, konsert “Anadolu Events”in təşkilatçılığı ilə 22 sentyabrda Heydər Əliyev Sarayında təşkil olunacaq.

Konsert üçün nəzərdə tutulan biletlərin yarıdan çoxu satılıb. Biletləri iticket.az-dan və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.

Qeyd edək ki, pop və opera tərzində mahnılar ifa edən Ferhat Göçer 11 may 1970-ci ildə Türkiyənin Birecik əyalətində dünyaya gəlib. 2012-ci ilin noyabr ayından UNICEF-in Türkiyə üzrə Xoşməramlı səfiridir.

Musiqi karyerası ilə yanaşı, cərrah olan Göçer 2017-ci ildə 25 illik həkimlik həyatından ayrılaraq sırf musiqi ilə məşğul olmağa davam edib.