mirzoyan 900x671 2

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan uzun müddət xaricdə yaşayan vətəndaşların seçkidə iştirak hüququnun yenidən qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, o, Rusiyadan gələn ermənilərin səsvermə hüququnun məhdudlaşdırılmasını təklif edib.

Nazirin sözlərinə görə, mövcud qanunvericilik xaricdə yaşayan erməni vətəndaşlarına ölkəyə qayıdaraq səsvermədə iştirak etməyə imkan verir. O qeyd edib ki, bəzi şəxslər illərlə başqa ölkədə yaşadıqdan sonra qısa müddətə Ermənistana gələrək səs verir və daha sonra yenidən ölkəni tərk edirlər.

Mirzoyan hesab edir ki, hüquqi baxımdan mümkün olsa da, belə yanaşma siyasi məsuliyyət prinsipləri ilə tam uzlaşmır. Nazir bunun müzakirə edilməli məsələ olduğunu və seçki sistemində müəyyən dəyişikliklərin nəzərdən keçirilə biləcəyini qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: