pasinyan78

Özbəkistabn Prezidenti Şevkat Mirziyoyev Ermənistanın Baş naziri Nikol Paşinyanı vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. 

Globalinfo.az xəbər verir ki, Özbəkistan lideri Paşinyana təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Nikol Paşinyan,

Ermənistan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnuniyyət duyuram.

Əminəm ki, bu yüksək vəzifədəki fəaliyyətiniz
xalqınızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, eləcə də Özbəkistan ilə Ermənistan arasında qarşılıqlı əlaqələrin ardıcıl inkişafına töhfə verəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli dövlət fəaliyyətinizdə uğurlar, Ermənistan xalqına isə sülh və rifah arzulayıram “.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: