İsrail ordusu növbəti dəfə Tehrana zərbələr endirməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri rəsmi Teleqram kanalında məlumat verib.
Bildirilir ki, hücumun İran rejiminin terror hədəflərinə qarşı həyata keçirilib. Əlavə məlumat verilməyib.
Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Qüvvələri əməliyyatın əvvəlindən bəri İrana endirilən zərbələrin sayını açıqlayıb. Hərbçilərin məlumatına görə, İsrail ölkə ərazisinə təxminən 7600 zərbə endirib ki, bunlardan 2000-dən çoxu qərargah və hökumət obyektlərinə, təxminən 4700-ü isə İranın raket proqramı obyektlərinə endirilib.
Tahir Turan
Globalinfo.az