Cəlilabadda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Globalinfo.az xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində rayon sakinləri, 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıblar.
Hər 3 yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.