Şuşada binalar hazırdır: köç niyə gecikir?

“Şuşa və digər işğaldan azad olunmuş ərazilərdə binaların bir hissəsi hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşanın icra başçısı Bayram Səfərov deyib.

Onun sözlərinə görə, Şuşaya qayıdışla bağlı işlər aparılır: “Bildiyiniz kimi, müəyyən rayonlarımıza qayıdış başlayıb. Növbəli şəkildə o biri rayonlarımıza, o cümlədən Şuşaya da qayıdış başlayacaq. Ermənilər işğal dövründə ərazilərimizi pis günə qoyublar. Möhtərəm Prezidentimizin tapşırığı ilə irimiqyaslı işlər görülür. Gərək binalar tikilə ki, insanları köçürə bilək. Məktəb hazırdır, binaların bir hissəsi hazırdır. Ermənilər yol kəsir, mina basdırır. Bu da qayıdışın gecikməsinə səbəb olur”.