Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində yerləşən bir yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat verib.
Nazirliyin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri Kutuzovka kəndini ələ keçirib.
Bildirilib ki, əməliyyat Donetskdə həyata keçirilib.
Qeyd edək ki, Kutuzovka kəndi məşhur rus general-feldmarşal Mixail Kutuzovun şərəfinə adlandırılıb.
Safura Bənnayeva
Globalinfo.az