Bankirdən dollarla bağlı maraqlı etiraf

Dollar ən böyük maliyyə terrorçusudur.

Globalinfo.az xəbər verir ki, bunu Hindistanın Kotak Mahindra Bankının rəhbəri Uday Kotak deyib.

“Hesab edirəm ki, dünyanın ən böyük maliyyə terrorçusu ABŞ dollarıdır. Bizim bütün pullarımız hesablardadır və bir gün ABŞ-da kimsə deyə bilər ki, siz sabahdan pullarınızı götürə bilməzsiniz”, – o bildirib.

Kotak həmçinin dünyanın hazırda dollara alternativ axtardığını və Hindistan valyutasının bu istiqamətdə şanslarının artdığını söyləyib.

İlkin Həsənov
Globalinfo.az