WhatsApp Image 2024 01 20 at 14.33.58

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının üzvləri – insan haqları müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı və professor Əhməd Qəşəmoğlu Böyük Quruluş Partiyasının sədri, prezidentliyə namizəd Fazil Mustafa ilə görüşüblər. Bu haqda açıqlama yayan Seçki Monitorinq Koalisiyası bildirir ki, görüşdə seçki prosesinin gedişi, seçki gününə hazırlıq üzrə bir sıra məsələlər müzakirə olunub.

Globalinfo.az bildirir ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa partiyanın seçki hazırlıqlarından danışarkən bildirib ki, Azərbaycan Ordusunun beynəlxalq hüquqla tanınan ərazilərinin kiçik istisnalarla əsas hissəsində suveren hüquqları bərpa etməsi yeni siyasi reallıqlar yaradıb və seçki hazırlığı dönəmində aydın şəkildə hiss edilən seçici fəallığı əhalinin 7 fevralda keçiriləcək prezident seçkisinin həm ölkə, həm də beynəlxalq önəmini dərk etdiyindən xəbər verir. Prezidentliyə namizəd bildirib ki, qələbəni kimin qazanacağından asılı olmayaraq vətəndaşın seçki prosesinə yüksək həssaslıq göstərməsi Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin daha da möhkəmlənməsi üçün vacib şərtlərdən biridir və partiya bu məsələdə üzərinə düşəni mükəmməl şəkildə icra etməyə hazırdır.

Daha sonra Koalisiya üzvləri çıxış ediblər. Novella Cəfəroğlu dairə və məntəqələrdə “Mənim səsim”in 500-dən çox təmsilçisinin 63-dən çox məntəqədə müşahidə aparacağını bildirib. Bu, ölkə üzrə seçki dairələrinin yarısında təmsilçilik deməkdir. Onun fikrincə, bu say seçki prosesi haqqında tam dolğun bilgi əldə etmək üçün yetərli rəqəmdir.

Səadət Bənənyarlı isə diqqəti əsasən Naxçıvan Muxtar Respublikasında olan məntəqələrdəki müşahidəçiliyə çəkib. O, bildirib ki, buna qədər Naxçıvanda seçki prosesində müşahidə və qiymətləndirmə məsələlərində müəyyən çatışmazlıqlar olub, bu, Azərbaycanın seçki prosesi ilə bağlı beynəlxalq hesabatlarda mənfi çalar kimi qiymətləndirilib. Artıq yeni situasiya yaranıb və bu, həm seçki prosesinin şəffaf keçirilməsinə, həm də sərbəst müşahidə aparılmasına şərait yaradır.

Professor Əhməd Qəşəmoğlu isə seçkidən sonra müşahidələr əsasında elmi dəyərləndirmələr aparılacağını və bunu kitab şəklində çap ediləcəyini bildirib.

Professor 7 fevralın Azərbaycan tarixində azad və şəffaf seçki kimi qalmasını arzu etdiyini və Koalisiyanın prezidentliyə namizədlərlə seçkini prosesinin bütün istiqamətləri üzrə işbirliyinə hazır olduğunu vurğulayıb.

WhatsApp Image 2024 01 20 at 14.34.00 1 WhatsApp Image 2024 01 20 at 14.34.00 WhatsApp Image 2024 01 20 at 14.33.59 2 WhatsApp Image 2024 01 20 at 14.33.59 1 WhatsApp Image 2024 01 20 at 14.33.59 WhatsApp Image 2024 01 20 at 14.33.58 1

WhatsApp Image 2024 01 20 at 14.34.00 2WhatsApp Image 2024 01 20 at 14.34.00 3

Paylaş: