60017254 6841 4cb9 aea5 59327ca9faea

Kahramanmaraşda məktəbə hücum edən və 9 nəfəri qətlə yetirən 14 yaşlı İsa Aras Mersinlinin “Discord” platformasında şok mesajları ortaya çıxıb. 

Globalinfo.az xəbər verir ki, o, sözügedən platformada özünü “qız trans” adlandıran şəxslərlə dostlaşıb və mesajlaşıb.

Mersinlinin qız dostu olduğunu deyən şəxs onunla mesajlarını paylaşıb və dəfələrlə məktəbə hücum edəcəyini dediyini söyləyib. İddialara görə, yeniyetmə “Discord”da yazışmalarında məktəbə hücum etmək planını olduğunu bildirib, lakin heç kim onu ciddiyə almayıb.

İsa Aras “incel” trendindən ideoloji olaraq təsirləndiyini söyləyib. O, qarmaşıq bir şəxsiyyət axtarışı içində olduğunu deyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: