WhatsApp Image 2026 03 02 at 10.47.30
Livanın ədliyyə naziri Adel Nassar İsrailə raket atılmasında iştirak edənlərin həbs olunması əmrini verib. 
Globalinfo.az bildirir ki, bu barədə Livanın “NNA” agentliyi məlumat yayıb.
Nəşr yazır ki, ədliyyə naziri baş prokurorla əlaqə saxlayıb və hücumda əli olan hər kəsin həbs olunmasını tapşırıb.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumlarından sonra “Hizbullah” da müharibəyə qoşulub. İsrail “Hizbullah”ın hücumlarına cavab olaraq Livanı vurub, nəticədə 31 nəfər ölüb, 149 nəfər yaralanıb.
Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: